Medianews.az
Gürcüstanın inflyasiya statistikası
101 baxış

Gürcüstanın inflyasiya statistikası

Gürcüstanın Milli Statistika Xidməti inflyasiya hesabatı yayıb.

Medianews.az bildirir ki, rəsmi açıqlamaya görə, martda istehlak qiymətləri 2025-ci ilin eyni ayı ilə müqayisədə 4,3 faiz artıb. Ərzaq və spirtsiz içkilərdə bahalaşma 7,5 faiz, spirtli içkilər və tütün məmulatlarında 6,2 faiz, kommunal xidmətlərdə 0,6 faiz göstərilir.

Rabitə xidmətlərinin 4,3 faiz, mebel və məişət əşyalarının 3,2 faiz, istirahət və mədəniyyət xidmətlərinin 1,5 faiz, geyim və ayaqqabıların 0,8 faiz ucuzlaşdığı qeyd olunur.

Medianews.az

Bizə qoşulun