Ramazan ayı son günlərinə yaxınlaşırıq. Son günlərdə imsak yeməkləri gün boyu enerjinin əsas mənbəyi olur. Lakin bəzi qidalar imsakda yemək, gün ərzində susuz və yorğun qalmağınıza səbəb ola bilər.
Mütəxəssislər imsakda mədəni yormayan, tox saxlayan və bədən müqavimətini qoruyan qidaların seçilməsini tövsiyə edir.
Medianews.az bildirir ki, şağıdakı məhsullar isə sahur süfrələrində olmamalıdır:
- Duzlu yeməklər – Bədənin su balansını azaldır, tüpürcək və mədə turşusunu artırır.
- Acılı və ədviyyatlı qidalar – Mədə yanmasına və reflüyə səbəb ola bilər.
- Şəkərli qidalar – Bal, mürəbbə, şirniyyat, şokolad qan şəkərini sürətlə qaldırıb sonra da aşağı salır, həm aclıq, həm də susuzluq hissi yaradır.
- Xəmirdən hazırlanmış qidalar – bu kimi qidalar mədəni yorar, həzm sistemini yavaşladır.
- Qızartmalar və yağlı qidalar – Kartof, biber, badımcan kimi yağlı qidalar susuzluğu artırır, kolbasa, sosis və turşular isə imsakda tövsiyə edilmir.
- Kofeinli içkilər – Qəhvə və qazlı içkilər sidikqovucu təsir göstərərək su itkisinə səbəb olur; çay, bitki çayı və su içmək daha uyğundur.
İmsakda düzgün qidalanmaq gün boyu enerjili və rahat olmağın açarıdır.
Medianews.az