Medianews.az
Güclü qasırğa: 1 ölü, 40 yaralı -
101 baxış

Güclü qasırğa: 1 ölü, 40 yaralı - VİDEO

Türkiyənin Şanlıurfa şəhərində “superhüceyrə” tipli güclü fırtına böyük dağıntılara səbəb olub.

Medianews.az xəbər verir ki, tornado, dolu və şiddətli küləklə müşayiət olunan təbii fəlakət nəticəsində 1 nəfər ölüb, 40 nəfər yaralanıb.

Fırtına xüsusilə Birecik və Viranşehir rayonlarında ciddi ziyan vurub. Bir çox binanın damı uçub, ağaclar kökündən qopub.

Baş verən hadisələr səbəbindən bu ərazilərdə təhsil müvəqqəti dayandırılıb.

Şanlıurfa valiliyi yaralılardan bir qisminin müalicəsinin davam etdiyini, digərlərinin isə evə buraxıldığını açıqlayıb.

Sosial mediada yayılan görüntülər ABŞ-dakı qasırğaları xatırlatsa da, hadisənin Şanlıurfada baş verdiyi bildirilib. Tornadonun yaşayış məntəqələrinə yaxınlaşdığı anlar böyük narahatlıq yaradıb.

Medianews.az

Bizə qoşulun