Göyçayda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Medianews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə bu gün saat 15:00 radələrində Bakı-Şamaxı-Yevlax yolunun 219-cu kilometirliyində qeydə alınıb.
Hadisə zamanı “Mercedes” və “Toyota Prius” markalı avtomobillər toqquşub.
Nəticədə, 2002-ci il təvəllüdlü Əhmədov Əhməd Habil oğlu ağır bədən xəsarətləri alıb. Yaralı təcili olaraq Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.