Medianews.az
Gecə yarısı çadırı kəsib 2 qadını
148 baxış

Gecə yarısı çadırı kəsib 2 qadını QAÇIRDI

ABŞ-də bir şəxs iki turist qadını qaçırıb.

Medianews.az xəbər verir ki, hadisə 2024-cü il iyulun 4-də Oreqon ştatında baş verib.

Gecə saatlarında naməlum şəxs qadınların qaldığı çadırı bıçaqla kəsərək içəri daxil olub. O, qadınları hədələyərək müqavimət göstərməmələrini tələb edib və daha sonra onları qaçırıb.

Araşdırma nəticəsində hücumu 58 yaşlı Salem sakini Cin Arnold Maklenitanın törətdiyi müəyyən edilib. Bildirilir ki, o, daha əvvəl də qadına qarşı zorakılıq faktına görə məsuliyyətə cəlb olunub.

Şübhəli şəxs saxlanılıb. Ona adam oğurluğu və cinsi zorakılığa cəhd maddələri ilə ittiham irəli sürülüb. Məhkəmənin qərarı ilə o, girov hüququ olmadan həbsdə saxlanılacaq.

İstintaq orqanları Maklenitanın başqa qurbanlarının da ola biləcəyini istisna etmir.

Medianews.az

Bizə qoşulun