Medianews.az
Fil kənd sakinlərinə hücum etdi -
115 baxış

Fil kənd sakinlərinə hücum etdi - Ölən və yaralı var

Hindistanda filin hücumu nəticəsində bir nəfər ölüb, yaşlı qadın isə ağır yaralanıb.

Medianews.az xəbər verir ki, faciə Odişa ştatında baş verib.

35 yaşlı Binod Behera meşədə yerə düşmüş manqoları yığarkən filin hücumuna məruz qalıb. Heyvan kişini tapdalayaraq öldürüb. Yerli sakinlər hadisəyə müdaxilə etsələr də, onu xilas etmək mümkün olmayıb.

Digər hadisə yaxınlıqdakı kənddə baş verib. Yaşlı qadın Mandodari Dehuri də meyvə yığarkən filin hücumuna məruz qalıb. Qonşular qadını xilas edərək xəstəxanaya çatdırıblar. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Hadisədən sonra meşə departamentinin əməkdaşları əraziyə cəlb olunub. Yerli hakimiyyət sakinləri meşəyə tək getməməyə və xüsusilə meyvə mövsümündə ehtiyatlı olmağa çağırıb.

Medianews.az

Bizə qoşulun