Medianews.az
FIFA  prezidentindən İran yığmasına
97 baxış

FIFA prezidentindən İran yığmasına dəstək mesajı

FIFA prezidenti Canni İnfantino İran millisinin futbolçularına təşəkkür edib və onların dünya çempionatındakı çıxışını yüksək qiymətləndirib.

Medianews.az xəbər verir ki, Canni İnfantino bunu İran və Yeni Zelandiya yığmaları arasında keçirilən və 2:2 hesabı ilə başa çatan oyundan sonra bildirib.

Onun sözlərinə görə, İran millisi qələbəyə yaxın olub və gələcək matçlarda da dünyanı qürurlandıracaq çıxış nümayiş etdirə bilər.

“Siz bu axşam bütün stadionu öz ətrafınızda birləşdirdiniz. Dünyaya bunu göstərdiniz və güclü mesaj göndərdiniz. Buna görə sizə təşəkkür edirəm”, – deyə FIFA rəhbəri vurğulayıb.

Qeyd edək ki, İran millisi 2026-cı il dünya çempionatında ev oyunlarını ABŞ-da keçirsə də, hər matçdan sonra Meksikanın Tixuana şəhərində yerləşən bazasına qayıtmağa məcburdur. Komanda qrup mərhələsində növbəti oyunlarını Belçika və Misir millilərinə qarşı keçirəcək.

Medianews.az

Bizə qoşulun