FİFA DÇ-2026-nın qrup mərhələsinin 1-ci turunun ən yaxşı oyunçularını açıqlayıb.
Medianews.az xəbər verir ki, “FIFA Power Rankings” sisteminə əsasən hücum göstəricilərində Lionel Messi birinci olub. O, Əlcəzairə qarşı keçirilən matçda het-trik edərək komandasının 3:0 hesablı qələbəsində əsas rol oynayıb.
Yaradıcılıq göstəricilərində İran millisinin üzvü Ramin Rəzayan, müdafiə göstəricilərində isə Kanada yığmasının futbolçusu Derek Kornelius ən yaxşı nəticələri göstərib.
Qeyd edək ki, DÇ-2026 turniri ABŞ, Kanada və Meksikada keçirilir və tarixdə ilk dəfə 48 komanda iştirak edir.
Medianews.az