Medianews.az
FIFA ABŞ-yə buraxılmayan somalili hakim barədə yeni qərar verdi
167 baxış

FIFA ABŞ-yə buraxılmayan somalili hakim barədə yeni qərar verdi

Beynəlxalq Futbol Federasiyası (FIFA) 2026-cı il dünya çempionatında iştirak edə bilməyən somalili hakim Omar Artana nəzərdə tutulan qonorarın tam məbləğini ödəyəcək.

Bu barədə BBC məlumat yayıb.

Məlumata görə, Omar Artan ABŞ-yə diplomatik pasportla daxil olmağa çalışsa da, Mayami Beynəlxalq Hava Limanına çatdıqdan sonra ona heç bir səbəb göstərilmədən ölkəyə giriş icazəsi verilməyib. Bundan sonra hakim İstanbula geri göndərilib.

FIFA prezidenti Canni İnfantino baş verənləri xoşagəlməz hadisə adlandırıb və təşkilatın bütün proseslərə tam nəzarət edə bilmədiyini bildirib.

Qeyd edək ki, Omar Artan dünya çempionatında iştirak edəcək Somalidən olan ilk hakim olacaqdı.

BBC-nin məlumatına görə, Omar Artan Afrika qitəsinin ən nüfuzlu hakimlərindən biri hesab olunur. Dünya çempionatında iştirakına icazə verilməməsindən qısa müddət sonra onun Fransanın PSJ və İngiltərənin "Aston Villa" komandaları arasında keçiriləcək UEFA Superkuboku matçına baş hakim təyin edildiyi açıqlanıb./Oxu.Az

Bizə qoşulun