Medianews.az
“Fənərbaxça” onu istəyir -
137 baxış

“Fənərbaxça” onu istəyir - transfer iddiası gündəmdə

İngiltərənin “Liverpul” klubundan ayrılan misirli futbolçu Məhəmməd Salahın Türkiyənin “Fənərbaxça” klubuna transfer ola biləcəyi iddia edilir.

Medianews.az -ın xarici KİV-ə istinadən məlumatına görə, “Fənərbaxça” rəhbərliyi Salahla təmas qurub və ulduz futbolçunun transferi üçün danışıqlara başlayıb.

Bildirilir ki, futbolçu karyerasını Avropada davam etdirmək istədiyi üçün Səudiyyə Ərəbistanından gələn təklifləri geri çevirib.

İddialara əsasən, İstanbul təmsilçisi 33 yaşlı hücumçuya illik 12-13 milyon avro maaşla 3 illik müqavilə təklif edib. Salahın isə maaş gözləntisinin təxminən 20 milyon avro olduğu qeyd olunur.

Məlumata görə, tərəflər arasında danışıqlarda müəyyən irəliləyiş əldə edilib. Lakin transferin reallaşıb-reallaşmayacağı klubun yeni seçiləcək rəhbərliyinin qərarından asılı olacaq.

Qeyd edək ki, Salah 2017-ci ildə İtaliyanın “AS Roma” klubundan “Liverpool”a transfer olunmuşdu. O, “Liverpul” forması ilə 441 oyunda 257 qol vurub, 122 məhsuldar ötürmə edib və klub tarixinin ən uğurlu hücumçularından birinə çevrilib.

Medianews.az

Bizə qoşulun