Medianews.az
“Fənərbaxça” azarkeşindən baş məşqçiyə xüsusi hədiyyə -
121 baxış

“Fənərbaxça” azarkeşindən baş məşqçiyə xüsusi hədiyyə - VİDEO

“Fənərbaxça”nın baş məşqçisi Domeniko Tedesko azarkeşlərdən birindən maraqlı və mənalı hədiyyə alıb. Komandanın çətin günlər keçirdiyi bir vaxtda təqdim olunan jest qısa müddətdə diqqət mərkəzinə düşüb.

Medianews.az xəbər verir ki, həmin anlar sosial mediada gündəm olub.

Azarkeş Tedeskoya üzərində osmanlı hökmdarı Fatih Sultan Mehmet ilə birlikdə təsvir olunduğu xüsusi tablo hədiyyə edib. Bu addım baş məşqçiyə mənəvi dəstək kimi qiymətləndirilib və komanda üzvləri tərəfindən də maraqla qarşılanıb.

Hədiyyəni qəbul edən Tedeskonun sevincinin üz ifadəsində aydın hiss olunduğu bildirilib. Azarkeşin bu jesti komandanın hazırkı vəziyyətində motivasiyaedici addım kimi şərh olunub.

Sözügedən hədiyyə sosial şəbəkələrdə də geniş müzakirələrə səbəb olub. Bəzi istifadəçilər jesti yaradıcı hesab etsə də, digərləri buna fərqli münasibət bildirib.

Medianews.az

Bizə qoşulun