Medianews.az
"Fənərbağça"da Tedeskonu əvəzləyə biləcək
62 baxış

"Fənərbağça"da Tedeskonu əvəzləyə biləcək namizədlər məlum oldu

"Fənərbağça" ötən gün Domeniko Tedesko ilə yollarını ayırıb.

Medianews.az Offsideplus.az-a istinadən xəbər verir ki, "sarı-lacıvərdlilər"də yeni baş məşqçi olmağa əsas iki namizəd var: Aykut Kocaman və İsmail Kartal.

Bu barədə "beIN SPORTS" məlumat yayıb.

Yeni baş məşqçi ilə bağlı yekun qərarın seçkidən sonra vəzifəyə gələcək prezident tərəfindən veriləcəyi bildirilib.

Amma bu dəfəki çalışdırıcının yerli mütəxəssis olacağı gözlənilir.

Qeyd edək ki, A. Kocaman indiyə qədər 2 dəfə, İ. Kartal isə 3 dəfə "Fənərbağça"ya baş məşqçi təyin olunub.

Bizə qoşulun