Medianews.az
Fəhlə 20 tonluq çənin altında qalıb
105 baxış

Fəhlə 20 tonluq çənin altında qalıb ÖLDÜ - VİDEO

Abşeron rayonunda 22 yaşlı fəhlə sexdə işləyərkən faciəvi şəkildə həlak olub.

Qafqazinfo xəbər verir ki, hadisə rayonun Məmmədli kəndində baş verib.

Belə ki, kənd sakini 2003-cü il təvəllüdlü Ramil Saatovun işlədiyi sexdə üzərinə 20 ton ağırlığında dəmir çən aşıb. O, hadisə yerində həyatını itirib.

“İş yoldaşı qışqırdı ki, uşaq qaldı altında. Gələndə gördük ki, əlləri ilə cırmaqlayıb onu çıxarmağa çalışırlar. Bellə torpağı qazsaq da, artıq gec idi. Taxta ilə dəmirin arasında qalmışdı. Cəmi iki dəqiqə yaşadı”, – deyə hadisə şahidi bildirib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Daha ətraflı süjetdə:

Bizə qoşulun