Medianews.az
“Faydalı” məhsulların
82 baxış
Yüklə

“Faydalı” məhsulların gizli təhlükəsi

Diyetoloq Treysi Parker bəzi sağlamlıq üçün faydalı hesab edilən məhsulların ürək-damar sisteminə mənfi təsir göstərə biləcəyini bildirib.

Medianews.az xəbər verir ki, onun sözlərinə görə, kimçi, kombuça, meyvəli yoqurtlar, smuzi və turş kələm bağırsaq mikroflorasını dəstəkləsə də, tərkibində gizli şəkildə yüksək miqdarda duz və ya şəkər ola bilər.

Parker vurğulayıb ki, smuzi qan şəkərinin sürətli artımına səbəb ola bilər, fermentləşdirilmiş məhsullar isə duzun çoxluğu səbəbindən təzyiqi yüksəldir. Bu səbəbdən onların müntəzəm və həddindən artıq istifadəsi ürək-damar xəstəlikləri riskini artırır.

Medianews.az

Bizə qoşulun