Medianews.az
Faciəvi ayı hücumu:
157 baxış

Faciəvi ayı hücumu: Bir gözünü və üzünün yarısını itirdi - FOTOLAR

İndoneziyada 68 yaşlı qadın ayının hücumu nəticəsində gözünü və üzünün bir hissəsini itirib.

Medianews.az xəbər verir ki, faciə qurban qəhvə plantasiyasında işləyərkən baş verib.

Yırtıcı qadının üzünün sol hissəsini caynaqları ilə ciddi şəkildə zədələyib və onu bir neçə metr sürüyüb.

Qadın ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Müayinələr zamanı onun almacıq sümüyünün və üst çənəsinin sındığı, bir neçə dişinin qopduğu müəyyən edilib. Sol gözü isə ağır zədələndiyi üçün həkimlər tərəfindən çıxarılıb.

Cərrahlar əməliyyat zamanı qadının üzünün sol hissəsini bərpa etməyə nail olublar. Bir neçə ay davam edən müalicədən sonra yaraların tam sağaldığı, qadının yenidən danışa və yemək yeyə bildiyi bildirilib.

Medianews.az

Woman has half her face ripped off by a bear in a horrific attack while working on a coffee plantation - and is dragged 10 metres along the ground.


Woman has half her face ripped off by a bear in a horrific attack while working on a coffee plantation - and is dragged 10 metres along the ground.

Bizə qoşulun