Medianews.az
Evində axtarış aparılan “Fənərbaxça” prezidenti belə qarşılandı -
52 baxış

Evində axtarış aparılan “Fənərbaxça” prezidenti belə qarşılandı - VİDEO

Bir sıra tanınmış şəxslərin adının hallandığı narkotik istintaqı çərçivəsində ifadə verməyə çağırılan “Fənərbaxça” prezidenti Sadettin Saranı daşıyan təyyarə İtaliyadan Türkiyəyə eniş edib.

“Qafqazinfo” xəbər verir ki, İstanbul Baş Prokurorluğu tərəfindən aparılan narkotiklərlə bağlı istintaqda bir neçə məşhur şəxsin adının çəkildiyi bildirilir.

İstintaq çərçivəsində Sadettin Saran şübhəli qismində ifadə vermək üçün məhkəməyə çağırılıb. Məlumata görə, hüquq-mühafizə orqanları tərəfindən Saranın evində də axtarış aparılıb.

İstintaq materiallarına əsasən, Sadettin Sarana narkotik vasitələrin tədarükü və istifadəsinə yardım göstərilməsi ilə bağlı ittihamlar irəli sürülüb. Bundan başqa, S.Sarana qarşı narkotik maddələrin istehsalı və qaçaqmalçılığı ilə bağlı ittihamların da irəli sürüldüyünü iddia edilib.

S.Saranın “Fənərbaxça” basketbol komandası ilə birlikdə İtaliyada olduğu bildirilib. İfadə vermək üçün çağırıldıqdan sonra onu daşıyan təyyarə Türkiyədə hava limanına eniş edib. Saran hava limanında bəzi “Fənərbaxça” azarkeşləri tərəfindən qarşılanıb.

Bizə qoşulun