Ermənistanın Statistika Komitəsi makroiqtisadi göstəriciləri açıqlayıb.
Medianews.az bildirir ki, rəsmi hesabata görə, 2025-ci ildə ölkənin ümumi daxili məhsulu 9,1 faiz artıb.
Tikinti sektorunda yüksəliş 20,2 faiz, xidmət sahəsində 10,5 faiz, kənd təsərrüfatında 5,6 faiz, sənayedə 4,7 faiz, faiz, ticarət dövriyyəsində 3 faiz göstərilir.
Xarici ticarət dövriyyəsinin 2024-cü illə müqayisədə 29 faiz, ixracın 36,1 faiz, idxalın 23,6 faiz azaldığı xəbər verilir.