“Yazda tez yetişən tərəvəz və göyərtilərdə nitratların miqdarı yüksək ola bilər”.
Medianews.az xəbər verir ki, bunu biotexnoloq Mariya Zolotaryova deyib.
O bildirib ki, bunun səbəbi çoxlu azotlu gübrələrin istifadəsidir. Xüsusilə salat yarpaqları, şüyüd və turp bu maddəni daha çox toplayır.
Mütəxəssis vurğulayıb ki, nitratlar birbaşa təhlükəli deyil, lakin orqanizmdə nitritlərə çevrilərək hemoglobinin strukturunu dəyişir. Bu, qanın oksigen daşıma qabiliyyətini azaldır və xüsusilə uşaqlar və yaşlılar üçün risk yaradır.
Əlavə təhlükə – göyərtinin səthində torpaq və sudan gələn mikroorqanizmlərin qalmasıdır. Buna görə tərəvəzləri axar suda yaxşıca yumaq və lazım gələrsə, suda islatmaq tövsiyə olunur.
Medianews.az