Medianews.az
Ərindən şikayət edən qadın aldadıldı –
48 baxış

Ərindən şikayət edən qadın aldadıldı – 4-cü mərtəbədən atıldı

Türkiyənin İzmir şəhərində baş verən ağır zorakılıq hadisəsi ictimaiyyətdə ciddi narahatlıq doğurub.

Medianews.az xəbər verir ki, zorakı ərindən şikayət edərək ailəsinin yanına köçən gənc qadın aldadılaraq ərinin yanına aparılıb və daha sonra dördüncü mərtəbədən atıldığı iddia olunur.

Məlumata görə, Aylin G. adlı qadın həyat yoldaşı O.G.-yə qarşı məişət zorakılığı ilə bağlı polisə şikayət edib və bundan sonra Torbalı rayonunda yaşayan anasının evinə köçüb. Cütlüyün 8 yaşlı qızı isə müvəqqəti olaraq dövlət himayəsinə götürülüb.

İddialara əsasən, ailənin ortaq tanışı olan A.E. Aylin G. ilə əlaqə saxlayaraq qızını dövlət himayəsindən çıxarmaq üçün rəsmi qurumlarla görüşməli olduğunu deyib. Bu bəhanə ilə qadın onun avtomobilinə minib.

Lakin yol zamanı avtomobilə Aylin G.-nin əri O.G. də qoşulub və maşında qadına qarşı fiziki zorakılıq tətbiq etməyə başlayıb. Daha sonra gənc qadın Yeşilyurt məhəlləsində yerləşən bir evə aparılıb və orada da döyülüb.

Hadisənin davamında Aylin G.-nin kömək istəmək üçün balkona çıxdığı, lakin həmin vaxt əri tərəfindən dördüncü mərtəbədən aşağı atıldığı iddia olunur.

Ağır yaralanan qadın dərhal xəstəxanaya çatdırılıb və hazırda həkimlərin nəzarəti altında həyat uğrunda mübarizə aparır.

Hadisədən sonra qaçan O.G. və ona kömək etdiyi bildirilən A.E.-nin polis tərəfindən axtarışı davam edir. Bildirilir ki, şübhəlilər artıq dörd gündür hüquq-mühafizə orqanları tərəfindən axtarılır.

Faktla bağlı araşdırma aparılır.

Medianews.az

Kızını görme bahanesiyle eşinin yanına götürülen genç kadın 4. kattan aşağı atıldı

Kızını görme bahanesiyle eşinin yanına götürülen genç kadın 4. kattan aşağı atıldı

Kızını görme bahanesiyle eşinin yanına götürülen genç kadın 4. kattan aşağı atıldı

Bizə qoşulun