Medianews.az
Tbilisidə ailə faciəsi -
316 baxış

Tbilisidə ailə faciəsi - 22-ci mərtəbədən yıxıldılar

Gürcüstanın paytaxtı Tiflisin İsani rayonunda Navtluqi küçəsində eyni ailənin üzvləri olduğu ehtimal edilən 3 nəfərin meyiti tapılıb.

Bu barədə Medianews.az Publika.az-a istinadən xəbər verir.

İlkin məlumata görə, faciə kirayədə yaşayan xarici vətəndaşların binanın 22-ci mərtəbəsindən yıxılması nəticəsində baş verib. Ölənlər arasında 12 yaşlı uşaq və 2 yetkin insan var.

Gürcüstan Daxili İşlər Nazirliyi intiharı əsas ehtimal kimi nəzərdən keçirir. İstintaq davam edir.

Bizə qoşulun