Medianews.az
Ərdoğan Azərbaycana gəlir
765 baxış

Ərdoğan Azərbaycana gəlir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlir.

Medianews.az xəbər verir ki, R.T.Ərdoğan Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşündə iştirak edəcək.

Zirvə görüşü oktyabrın 7-də Qəbələ şəhərində “Regional sülh və təhlükəsizlik” mövzusu çərçivəsində keçiriləcək.

Tədbirdə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin, Quzey Kıprıs Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatarın da iştirak edəcəyi açıqlanıb.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun