Medianews.az
"Epidemiyanın qarşısını almaq" üçün
71 baxış

"Epidemiyanın qarşısını almaq" üçün Çin restoranını dağıtdı

ABŞ-də 43 yaşlı kişi güya epidemiyanın qarşısını almaq məqsədi ilə Çin restoranı dağıdıb.

Medianews.az hadisə Floridanın Orlando şəhərində baş verib. 

Riçard Djarvis adlı şəxs əvvəlcə restorana arxa qapıdan girməyə cəhd edib. O, içəridəki insanları öldürməklə hədələyib. Daha sonra ön qapıdan daxil olaraq mətbəxdə avadanlıqları sındırıb və yeməklərə zərər verib.

Saxlanılan şəxs hərəkətlərini bəşəriyyət üçün etdyini deyib və Çin restoranlarının 6 iyulda yeni COVID-19 ştammını yayımlayacağına inandığını və epidemiyanın qarşısını almağa çalışdığını iddia edib. O, həmçinin özünü peyğəmbər adlandırıb.

Riçard ağırlaşdırılmış hücum, qanunsuz girmə və əmlaka qəsdən ziyan vurma ittihamları ilə üzləşir.

Medianews.az

Bizə qoşulun