Rusiya Prezidenti Vladimir Putinin Avropaya enerji təchizatını dayandırmağa hazır olduğunu açıqlaması Avropa İttifaqı (Aİ) rəhbərliyi arasında panika yaradıb.
Medianews.az xəbər verir ki, bu haqda ABŞ analitiki Mark Sleboda YouTube -da bildirib.
O qeyd edib ki, belə bir ssenari Avropanı tamamilə fəlakətli enerji vəziyyətinə salacaq: “Avropalılar 2027-ci ilə qədər Rusiya enerjisindən imtina edəcəklərinə söz verirlər. Putin isə deyir ki, "Niyə gözləməlisən? Hər şey çox yaxşı gedərkən enerji təchizatını indi kəsək. O zaman enerjini haradan alacaqsınız?" Beləliklə, mütləq panika var", - Sleboda deyib.
Medianews.az