Diyetoloqların fikrincə, bəzi konservləşdirilmiş tərəvəzlər qida dəyərinə görə təzə məhsullardan geri qalmır, hətta bəzən daha faydalı hesab olunur.
Medianews.az xəbər verir ki, mütəxəssis Brianna Tobrixhofer gündəlik qidalanmada xüsusilə 8 konserv tərəvəzi tövsiyə edib.
Siyahıya pomidor, balqabaq, çuğundur, qarğıdalı, yaşıl lobya, artişok, noxud və ispanaq daxildir. Bildirilir ki, konservləşdirmə zamanı istilik emalı bəzi faydalı maddələrin, xüsusilə antioksidantların orqanizm tərəfindən daha yaxşı mənimsənilməsinə kömək edir.
Mütəxəssislər qeyd edir ki, konserv məhsullar daha uzun müddət saxlanılır, istifadəsi rahatdır və sağlam qidalanmanı daha əlçatan edir.
Medianews.az