Qidalanma mütəxəssisləri arasında ən çox müzakirə olunan mövzulardan biri çörək seçimi ilə bağlıdır.
Medianews.az bildiri ki, bir qrup insanlar çörəyi tamamilə rasiondan çıxarır, digərləri isə onsuz qidalanmanı düşünmür.
Mütəxəssislərə görə, ağ çörək yüksək kalorili olması və qanda şəkəri sürətlə artırması ilə fərqlənir. Buna görə də daha çox tam taxıllı alternativlər məsləhət görülür.
Tam buğda və çovdar çörəyi lif, vitamin və mineral baxımından daha zəngin hesab olunur. Bu çörəklər uzunmüddətli toxluq hissi yaradır və həzm üçün daha faydalıdır.
Fərqlər nədədir?
- Çovdar çörəyi daha aşağı qlisemik indeksə malikdir və qan şəkərini daha yavaş artırır.
- Tam buğda çörəyi isə daha çox protein tərkibi ilə toxluq hissini gücləndirir.
Mütəxəssislər bildirir ki, hər iki çörək sağlam seçim sayılır. Lakin şəkər və xolesterin problemi olanlar üçün çovdar çörəyi daha uyğun hesab edilir, tam buğda çörəyi isə balanslı qidalanmada faydalı alternativdir.
Medianews.az