Medianews.az
Əlilliyin qiymətləndirilməsi və pensiya təyinatı qaydaları dəyişdi
833 baxış

Əlilliyin qiymətləndirilməsi və pensiya təyinatı qaydaları dəyişdi

Nazirlər Kabineti yeni qərarla əlilliyin qiymətləndirilməsi, habelə pensiya təyinatı ilə bağlı qaydalarda dəyişikliklər edib.

Medianews.az bildirir ki, dəyişikliklərə əsasən, şəxsin əlilliyinin müəyyən edilməsi və əlilliyin müəyyən olunmasından imtina edilməsi barədə qərarlarda göstərilən məlumatlar, habelə pensiyalarının təyin edilməsi, təyin olunmasından imtina edilməsi, yenidən hesablanması, dayandırılması, bərpası və bir növdən başqa növə keçirilməsi barədə qərarlarda göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim və ya əldə edilə bilər.

Bu məlumatların həmin sistem üzərindən təqdim edilməsi onların təqdim edilməsinə bərabər tutulur.

Medianews.az

Bizə qoşulun