Medianews.az
Elektron siqaretin gizli təsiri
65 baxış

Elektron siqaretin gizli təsiri üzə çıxdı

Yeni elmi araşdırma elektron siqaretlərin insan orqanizmində minlərlə genin fəaliyyətinə təsir göstərə biləcəyini ortaya qoyub.

Medianews.az xəbər verir ki, tədqiqat zamanı elektron siqaret istifadəçilərində 3 mindən çox gendə dəyişiklik müşahidə edilib. Alimlərin sözlərinə görə, bu genlərin bir hissəsi xərçəng, ürək-damar və ağciyər xəstəlikləri ilə əlaqələndirilir.

Araşdırmada xüsusilə meyvə ətirli mayelərin və təkrar doldurulan "mod" tipli cihazların daha çox genetik dəyişikliklə əlaqəli olduğu müəyyən edilib. Bununla belə, tədqiqat müəllifləri vurğulayırlar ki, əldə olunan nəticələr elektron siqaretlərin birbaşa xəstəlik yaratdığını sübut etmir. Araşdırma yalnız gələcəkdə risk yarada biləcək erkən bioloji dəyişiklikləri göstərir.

Mütəxəssislər bildirirlər ki, elektron siqaretlər ənənəvi siqaretlə müqayisədə daha az zərərli hesab olunsa da, tam təhlükəsiz deyil. 

Alimlər hazırda hansı kimyəvi komponentlərin bu dəyişikliklərə səbəb olduğunu müəyyənləşdirmək üzərində işləyirlər. Onların fikrincə, gələcəkdə bu maddələrin məhdudlaşdırılması elektron siqaretlərin potensial risklərini azaltmağa kömək edə bilər.

Medianews.az

Bizə qoşulun