Medianews.az
Bakıda açıq ərazidə yanğın başlayıb -
101 baxış

Bakıda açıq ərazidə yanğın başlayıb - VİDEO

Bakı şəhərinin Xətai rayonu, Köhnə Günəşli qəsəbəsində açıq ərazidə yanğın başlayıb.

Medianews.az xəbər verir ki, alovlanma nəticəsində ətrafı qara qatı duman bürüyüb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Səməd bəy Mehmandarov küçəsində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub:

"Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir".

Bizə qoşulun