Medianews.az
Messi Pelenin
92 baxış

Messi Pelenin rekorduna çatdı

Argentina millisinin kapitanı Lionel Messi DÇ-2026-nın yarımfinalında İngiltərə üzərində 2:1 hesablı qələbədə iki məhsuldar ötürmə ilə yadda qalıb.

Medianews.az xəbər verir ki, 39 yaşlı ulduz futbolçunun turnirin pley-off mərhələsində məhsuldar ötürmələrinin sayı dördə çatıb.

Bununla da Messi 1970-ci il dünya çempionatında Peledən sonra bir mundialın pley-off mərhələsində dörd məhsuldar ötürmə edən ilk futbolçu olub.

Messi iyulun 19-da İspaniyaya qarşı keçiriləcək finalda daha bir assist edəcəyi halda, bu göstəricidə Peleni geridə qoyaraq yeni rekorda imza ata bilər.

Medianews.az

Bizə qoşulun