Medianews.az
Əlcəzairdə uşaq evində yanğın:
95 baxış

Əlcəzairdə uşaq evində yanğın: 11 ölü, xeyli yaralı var - VİDEO

Əlcəzairin eyniadlı paytaxtında yerləşən uşaq evində baş verən yanğın nəticəsində 11 nəfər həyatını itirib, daha 20-yə yaxın şəxs isə müxtəlif xəsarətlər alıb.

Bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Xilasetmə qrupları uşaq evindən beş əlilliyi olan şəxsi təhlükəsiz əraziyə təxliyə ediblər.

Alovun söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Hadisənin başvermə səbəbləri, eləcə də zərərçəkənlərin kimliyi və yaşı barədə hələlik məlumat verilmir.//Oxu.Az

Bizə qoşulun