İyulun 19-u İspaniya və Argentina milli futbol komandaları 23-cü dünya çempionatının finalında qarşılaşacaq.
Oyun ABŞ-nin Nyu-York şəhəri ətrafındakı “Metlayf” stadionunda keçiriləcək.
Medianews.az xəbər verir ki, bu qarşılaşmanın maraqlı məqamı var: dünya çempionu adı uğrunda yarışacaq hər iki ölkənin rəsmi dili ispan dilidir.
Dünya çempionatları tarixində belə hal yalnız 1930-cu ildə - ilk mundialın finalında qeydə alınıb, Uruqvay Argentinanı məğlub edərək qızıl medallara yiyələnib.
İspandilli ölkələr indiyədək 6 dəfə çempion adını qazanıb: Argentina 3, Uruqvay 2, İspaniya 1 dəfə.
İspaniya-Argentina matçının nəticəsindən asılı olmayaq iyulun 19-u bu statistikaya daha bir çempionluq əlavə olunacaq.
23-cü mundiala iyunun 11-dən ABŞ ilə yanaşı, Kanada və Meksika da ev sahibliyi edir.
Üçüncü yer uğrunda oyun da iyulun 19-na təyin olunub: Fransa – İngiltərə.
Əvvəlki 22 çempionatın mükafatçıları belə sıralanır:
Braziliya - 5 qızıl, 2 gümüş, 2 bürünc medal
Almaniya (AFR) - 4 qızıl, 4 gümüş, 4 bürünc medal
İtaliya - 4 qızıl, 2 gümüş, 1 bürünc medal
Argentina - 3 qızıl, 3 gümüş medal
Fransa - 2 qızıl, 2 gümüş, 2 bürünc medal
Uruqvay - 2 qızıl medal
İngiltərə - 1 qızıl medal
İspaniya - 1 qızıl medal
Niderland - 3 gümüş, 1 bürünc medal
Çexoslovakiya - 2 gümüş medal
Macarıstan - 2 gümüş medal
İsveç - 1 gümüş, 2 bürünc medal
Xorvatiya - 1 gümüş, 2 bürünc medal
Polşa - 2 bürünc medal
ABŞ - 1 bürünc medal
Avstriya - 1 bürünc medal
Çili - 1 bürünc medal
Portuqaliya - 1 bürünc medal
Türkiyə - 1 bürünc medal
Belçika - 1 bürünc medal.
Toğrul Əli,
Medianews.az