Xırdalan şəhərində yerləşən Heydər Parkında ağacların quruması sakinlərin narahatlığına səbəb olub.
Medianews.az xəbər verir ki, bu barədə Baku.ws-in qaynar xəttinə vətəndaşlar məlumat veriblər.
Onların sözlərinə görə, son vaxtlar park ərazisində ağacların sürətlə quruması müşahidə olunur.
Sakinlər yaşıllıq zolağının vəziyyətinin getdikcə pisləşdiyini bildirərək problemin araşdırılmasını və aidiyyəti qurumlar tərəfindən tədbir görülməsini xahiş edirlər.