Medianews.az
DİQQƏT - ADY bəzi sərnişinlərin biletlərinin pulunu
97 baxış

DİQQƏT - ADY bəzi sərnişinlərin biletlərinin pulunu QAYTARACAQ

Qax, Zaqatala və Balakən rayonlarında qeyri-sabit hava şəraiti nəticəsində Qax-Balakən sahəsində dəmiryol infrastrukturuna dəymiş zərərin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Medianews.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC (ADY) məlumat yayıb.

Təhlükəsizlik məqsədilə 1 avqust tarixinə qədər Bakı-Balakən qatarları Qax stansiyasına qədər hərəkət edəcək.

Balakən-Bakı qatarları isə Qax stansiyasından hərəkətə başlayacaq. Yolun təm bərpası və qatarların təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə 1 avqustdan Bakı-Balakən-Bakı reysləri müvəqqəti dayandırılacaq.

Bu marşrut üzrə 1-13 avqust tarixləri üçün bilet almış sərnişinlərə biletlərin dəyəri tam şəkildə qaytarılacaq. Mövzu ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

Qeyd edək ki, Qax, Zaqatala və Balakən rayonlarında qeyri-sabit hava şəraiti və çaylardan sel keçməsi səbəbindən Qax-Balakən sahəsində dəmiryol infrastrukturuna ciddi zərər dəyib.

Təhlükəsizlik məqsədilə həmin sahədə qatarların hərəkəti iyulun 20-dək məhdudlaşdırılmışdı.

Bizə qoşulun