Medianews.az
Kəlbəcərdə batan 11 yaşlı uşağın
116 baxış

Kəlbəcərdə batan 11 yaşlı uşağın meyiti tapılıb

Kəlbəcər rayonu Çəpli kəndində axtarışları davam edən 2015-ci il təvəllüdlü Abutalıbov Yaqub Zabil oğlunun meyiti tapılıb.

Medianews.az-ın Qərb bürosu xəbər verir ki, Y. Abutalıbovun cansız bədəni Fövqaladə Hallar Nazirliyinin (FHN) dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən təxminən 600 metr kənarda tapılıb. İlkin ehtimala görə, hadisənin ehtiyatsızlıqdan baş verdiyi ehtimal olunur.

Faktla bağlı Kəlbəcər rayon Prokurorluğunda araşdırma başlanılıb.//Teleqraf

Bizə qoşulun