Medianews.az
Əlcəzair millisinin kapitanı:
228 baxış

Əlcəzair millisinin kapitanı: "Messi ilə bacarmadıq"

Əlcəzair millisinin kapitanı Aissa Mandi DÇ-2026-nın ilk turunda Argentinaya 0:3 hesabı ilə məğlub olduqları oyundan sonra fikirlərini bölüşüb.

Medianews.az-ın sözlərinə görə, Mandi bildirib ki, matçın taleyini məhz Messinin yüksək ustalığı həll edib.

“Onların heyətində təhlükəli epizodları qola çevirmək bacarığı çox yüksək olan futbolçu var. Bəlkə də o, bütün zamanların ən güclü oyunçusudur. Biz onun nə qədər effektiv olduğunu bilirdik və onu mümkün qədər yaxından nəzarətdə saxlamağa çalışırdıq. Lakin buna nail ola bilmədik. Bu oyunda o, sadəcə bizdən daha güclü idi”, – deyə Əlcəzair millisinin kapitanı bildirib.

Kanzas-Sitidə keçirilən qarşılaşmada Argentina millisinin lideri Lionel Messi het-trikə imza ataraq komandasının qələbəsində əsas rol oynayıb.

Qeyd edək ki, Messi bu görüşdə vurduğu üç qolla Argentinanın ÇM-2026-da ilk qələbəsinin memarı olub.

Medianews.az

Bizə qoşulun