Medianews.az
Elbrusda iki alpinist həlak olub:
202 baxış

Elbrusda iki alpinist həlak olub: dörd üzvü itkin düşüb

Elbrus dağında iki alpinist həlak olub, xilasedicilər beş saatdır ki, qrupun daha dörd üzvünü axtarırlar.

Medianews.az APA-ya istinadən xəbər verir ki, ilkin məlumatlara görə, dağa qalxan qrupda yeddi nəfər olub.

5100 metr yüksəklikdə iki alpinist xəstələnib, bundan sonra bir alpinist enərək təcili yardım barədə məlumat verib.

Həlak olan alpinistlərin Bosniya vətəndaşları olduğu bildirilir.

Digər dörd nəfərin axtarışı hələ də davam edir.

Bizə qoşulun