Medianews.az
Ekspert taksi məhdudiyyətini dövlət qurumlarının monopoliyası kimi qiymətləndirir
530 baxış

Ekspert taksi məhdudiyyətini dövlət qurumlarının monopoliyası kimi qiymətləndirir

Sentyabrın 10-dan Heydər Əliyev Beynəlxalq Hava Limanından paytaxta taksi sifarişlərinə məhdudiyyət qoyulub. Artıq aeroportdan şəhərə yalnız “London taksi”ləri ilə getmək, “Bolt Aeroport” tətbiqi ilə taksi sifariş etmək olur.

İqtisadçı ekspert Samir Əliyev hesab edir ki, hava limanının digər taksilərdən "təmizlənməsi" addımı bazarda rəqabət qaydalarını pozmaqla yanaşı dövlət təsisatlarının öz səlahiyyətlərindən sui-istifadə edərək özəl sektoru sıxışdırması kimi dəyərləndirilməlidir.

Medianews.az-ın məlumatına görə, S.Əliyev sosial media hesabında yazıb ki, dövlət şirkəti olan AZAL digər dövlət şirkəti - AZCON Holdinqə məxsus "Bakı Taksi Xidməti" MMC ilə razılığa gələrək aeroport ərazisində monopoliya yaradır və özəl sektoru dövlət obyekti olan aeroportdan kənarlaşdırır: “Ümid edirəm Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ona verilmiş vəzifə və səlahiyyətləri yerinə yetirərək məsələyə müdaxilə edəcək”.

Medianews.az

Bizə qoşulun