Bolqarıstan milli komandanın sabiq və tanınmış qapıçısı Borislav Mihaylov vəfat edib.
Bu barədə Bolqarıstan Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
Tanınmış idmançı 63 yaşında, paytaxt Sofiyada yerləşən xəstəxanaların birində gözlərini əbədi yumub.
Qeyd edək ki, Borislav Mihaylov milli komandanın heyətində 100-dən artıq matçda çərçivəni qoruyub.
O, 1994-cü ildə Amerika Birləşmiş Ştatlarında təşkil olunan dünya çempionatında dördüncü yeri tutan "qızıl nəslin" əsas simalarından biri kimi tarixə düşüb. Məhz bu nəticə indiyədək Bolqarıstan futbolu tarixində əldə edilmiş ən böyük nailiyyət hesab olunur./oxu.az