Avropanın aparıcı milli futbol çempionatlarında turnir cədvəlləri yenilənib.
Medianews.az bildirir ki, İngiltərə çempionatında “Arsenal” 53 xalla liderdir. “Mançester Siti” 47, “Aston Villa” 46, “Mançester Yunayted” 41, “Çelsi” 40, “Liverpul” 39 xal yığıb.
İspaniya çempionatında “Barselona” 55, “Real” 54, “Atletiko” 45, “Vilyarreal” 42, “Betis” 35, “Espanyol” 34 xal götürüb.
İtaliya çempionatında “İnter” irəli çıxıb: 55 xal. “Milan” 47, “Napoli” 46, “Yuventus” 45, “Roma” 43, “Komo” 41 xal toplayıb.
Almaniya çempionatında “Bavariya” 51, “Borussiya” (Dortmund) 45, “Hoffenhaym” 42, “Ştutqart” 39, “Leypsiq” 36, “Bayer” 35 xal qazanıb.
Fransa çempionatında PSJ 45, “Lans” 43, “Marsel”38, “Lion” 36, “Lill” 32, “Renn” 31 xal əldə edib.