İndoneziyanın Qərbi Yava əyalətində torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 74 nəfərə çatıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Tempo" nəşri yerli hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.
Altı nəfər itkin düşmüş hesab olunur.
Daha əvvəl 50 nəfərin öldüyü bildirilirdi.
Axtarış-xilasetmə əməliyyatı hazırda davam edir.
Xatırladaq ki, hadisə yanvarın 24-də Qərbi Bandunqda baş verib. Pasir-Lanqu yaşayış məntəqəsində güclü yağışlar zamanı torpaq sürüşməsi qeydə alınıb.