Medianews.az
İkardi ilə bağlı Yuventus"dan
52 baxış

İkardi ilə bağlı Yuventus"dan açıqlama

"Yuventus" "Qalatasaray"ın ulduz hücumçusu Mauro İkardinin transfer xəbərləri ilə bağlı açıqlama verib.

Milil.Az xəbər verir ki, İtaliya nəhənginin futbol direktoru Corco Kyellini argentinalı futbolçunun klubun transfer gündəmində olmadığını bildirib.

Hücum xəttini gücləndirmək istəyən "Yuventus" haqqında danışan C.Kyellini bu xəbərlərin texniki direktorun ümumi qiymətləndirməsindən qaynaqlandığını deyib. O, klubun hazırkı maliyyə strukturuna uyğun oyunçu axtardıqlarını vurğulayıb və İkardinin transferinin bu çərçivədə mümkün olmadığını söyləyib.

Bu arada, "Qalatasaray"da Mauro İkardi bu mövsüm 29 matçda 10 qol vurub və 2 məhsuldar ötürmə edib.

Bizə qoşulun