“Amazon” şirkətinin ABŞ-ın birinci xanımı Melaniya Tramp haqqında çəkdirdiyi sənədli film ölkədə nümayişə çıxarıldığı həftənin sonunda 7 milyon dollar gəlir gətirib.
Medianews.az bildirir ki, bu, son on ildən artıq dövrdə sənədli filmlər üçün ən uğurlu nəticələrdən biri sayılır.
“Melaniya” filminin istehsalına 40 milyon dollar, reklamına isə əlavə 35 milyon dollar xərclənib. Bu, sənədli film janrı üçün çox yüksək xərc sayılır.
Film 2025-ci ilin əvvəlində Melaniya Trampın Ağ evə qayıdışa hazırlıq prosesini əks etdirir. Ekran işi əsasən mühafizəkar auditoriyaya hesablanıb. Araşdırmalar göstərir ki, açılış günü tamaşaçıların 72 faizi 55 yaşdan yuxarı qadınlar olub. Gəlirin əhəmiyyətli hissəsi ABŞ-ın cənub ştatlarından, o cümlədən Florida və Texasdan, eləcə də respublikaçıların üstünlük təşkil etdiyi rayonlardakı kinoteatrlardan əldə edilib.