Medianews.az
Qabyuyan süngərlər bu cür istifadə edin,
61 baxış

Qabyuyan süngərlər bu cür istifadə edin, əks halda…

“Qabyuyan süngərinizi hər iki-dörd həftədən bir dəyişdirməlisiniz”.

Medianews.az xəbər verir ki, bunu qida texnoloqu Montse Melendez deyib.

Onun sözlərinə görə, süngərlərin gizli təhlükəsi onların gündəlik qida qalıqları, yağ və nəmlə təmasda olmasındadır. Bunlar müxtəlif patogenlərin onların üzərində tez bir zamanda çoxalmasına səbəb olur. Mütəxəssis vurğulayıb ki, bunun qarşısını almaq üçün onlar həftədə bir dəfə dezinfeksiya edilməlidir.

Texnoloq nəm süngəri mikrodalğalı sobada bir dəqiqə qızdırmaq, beş dəqiqə qaynatmaq və dezinfeksiyaedici məhluldan istifadə etmək kimi təsirli üsulları qeyd edib. Melendez əlavə edib ki, süngər istifadə tezliyindən və materialdan asılı olaraq hər iki-dörd həftədən bir dəyişdirilməlidir.

O, yekun olaraq bildirib ki, süngər quru və yaxşı havalandırılan yerdə saxlanılmalıdır.

Medianews.az

Bizə qoşulun