Medianews.az Azərbaycanın milli futbol çempionatının yüksək dəstəsində (Misli Premyer Liqası) 2025-2026 mövsümünün gedişinə nəzər salıb.
33 turluq çempionatda 18 turdan sonra “Sabah” 43 xalla öndədir. Lideri 39 xalla “Qarabağ” izləyir.
“Turan Tovuz” və “Sumqayıt” 30, “Zirə” 29, “Araz-Naxçıvan” 27, “Neftçi” 24, “Şamaxı” 23 xal toplayıb.
“İmişli” 18, “Qəbələ” 14, “Kəpəz” 12, “Karvan-Yevlax” 6 xal əldə edib.
1992-ci ildən başlayaraq “Qarabağ” 12 dəfə ölkə çempionu olub. “Neftçi” bu titulu 9 dəfə qazanıb.
“Kəpəz” 3 dəfə, “Şəmkir”, “Bakı” və “İnter” (indiki “Şamaxı”) 2 dəfə, “Turan” (Tovuz) və “Xəzər Lənkəran” 1 dəfə ölkə çempionu adını alıb.