Medianews.az
Dünya üzrə 1 milyarddan çox insanda
82 baxış

Dünya üzrə 1 milyarddan çox insanda psixi pozuntu aşkarlanıb

 Elmi jurnal “The Lancet”də dərc olunan araşdırmaya görə, dünyada psixi pozuntulardan əziyyət çəkən insanların sayı 1,17 milyardı keçib.

Medianews.az xəbər verir ki, məlumata əsasən, son 30 ildə psixi xəstəliklərin sayı təxminən 95,5 faiz artıb.

Tədqiqat 1990–2023-cü illər arasında 204 ölkədən toplanan məlumatlar əsasında aparılıb və 12 müxtəlif psixi pozuntu növünü əhatə edib.

Alimlər bildirirlər ki, depressiya, narahatlıq pozuntuları, davranış problemləri, şizofreniya və yemək pozuntuları kimi hallar qlobal miqyasda sürətlə artır. Xüsusilə 15–19 yaş arası qızlar və gənc qadınlar risk qrupunda daha çox yer alır.

Mütəxəssislər vəziyyətin yaxşılaşdırılması üçün erkən diaqnostikanın gücləndirilməsini, profilaktik tədbirlərin artırılmasını və aşağı gəlirli ölkələrdə səhiyyə sistemlərinin inkişaf etdirilməsini tövsiyə edirlər.

Medianews.az

Bizə qoşulun