Medianews.az
Dünya Çempionatı öncəsi şok qərar:
107 baxış

Dünya Çempionatı öncəsi şok qərar: Baş məşqçi vəzifədən uzaqlaşdırıldı

2026-cı il Dünya Çempionatı başlamasına 72 gün qalmış Qana milli futbol komandasında gözlənilməz dəyişiklik baş verib.

Medianews.az xəbər verir ki, Komandanın baş məşqçisi Otto Addo vəzifəsindən azad olunub.

Qana Futbol Federasiyasının yaydığı açıqlamada bildirilib ki, Addo ilə əməkdaşlığa dərhal xitam verilib və yeni baş məşqçinin yaxın vaxtlarda təqdim olunacağı qeyd olunub.

Bu qərarın son iki uğursuz nəticədən sonra verildiyi bildirilir. Qana yığması hazırlıq oyununda Almaniyaya 1:2 hesabı ilə uduzub, daha əvvəl isə Avstriyaya 1:5 hesabı ilə məğlub olub.

Qeyd edək ki, ABŞ, Kanada və Meksikada keçiriləcək 2026 Dünya Çempionatı 11 iyun – 19 iyul tarixlərini əhatə edəcək. Qana yığması L qrupunda İngiltərə, Panama və Xorvatiya ilə mübarizə aparacaq.

Medianews.az

Bizə qoşulun