NATO Hərbi Komitəsinin sədri, admiral Cüzeppe Kavo Draqone ABŞ və İsrailin İrana qarşı münaqişəsi ilə bağlı qalibin müəyyən edilməsinin hələ tez olduğunu bildirib.
Medianews.az xəbər verir ki, onun sözlərinə görə, vəziyyət hələ də dəyişkəndir və hadisələr inkişaf etməkdədir.
Draqone qeyd edib ki, tərəflər arasında baş verən hərbi gərginlik böyük dağıntılara səbəb olsa da, eyni zamanda tərəflərin müəyyən dayanıqlılıq nümayiş etdirdiyi də görünür.
O hesab edir ki, yekunda vəziyyətin həlli daha çox danışıqlar yolu ilə mümkün olacaq və hazırda qalib və məğlub barədə qəti fikir bildirmək düzgün deyil.
Medianews.az