Dondurma sadə karbohidratlarla zəngin olduğu üçün qan şəkərinin sürətlə qalxıb enməsinə səbəb olur. Bu, yorğunluq və stress yarada, uzunmüddətli dövrdə isə böyrək və ürək xəstəliklərinə yol aça bilər.
Medianews.az xəbər verir ki, diyetoloq Yosten Fiş qeyd edib ki, dondurma diabetiklərin rasionuna daxil edilə bilər, amma porsiya ölçüsünə və tərkibə nəzarət vacibdir.
Tövsiyə olunur: 30 qramdan az karbohidrat, 13 qramdan az əlavə şəkər və 250 kaloridən az olan porsiyalar seçmək.
Mütəxəssislər həmçinin dondurmanı zülal mənbəyi ilə birlikdə yeməyi, yalnız bir porsiya ilə kifayətlənməyi və evdə hazırlanmış variantlara üstünlük verməyi məsləhət görürlər.
Medianews.az