Medianews.az
Donald Tramp:
120 baxış

Donald Tramp: Artıq Britaniyaya ehtiyacımız yoxdur

ABŞ Prezidenti Donald Tramp telefon danışığı zamanı Böyük Britaniya Baş naziri Kir Starmerə Vaşinqtonun artıq Yaxın Şərqdəki əməliyyatlar üçün Britaniya bazalarına ehtiyacının olmadığını bildirib.

Medianews.az xəbər verir ki, bu barədə “Axios” mənbələrə istinadla məlumat yayıb.

Adı çəkilməyən mənbə Ağ Ev rəhbərinin sözlərindən sitat gətirib: “Bunu müharibədən əvvəl təklif etməli idiniz. İndi çox gecdir”.

Söhbət martın 11-də baş tutub. ABŞ Prezidenti və Böyük Britaniya Baş naziri ilə yanaşı, G7 ölkələrinin digər liderləri də iştirak ediblər.

Donald Tramp bundan əvvəl də Kir Starmerin mövqeyini kəskin tənqid edərək, onu London və Vaşinqton arasındakı xüsusi münasibətləri pozmaqda günahlandırmışdı. Həmçinin, o, Britaniya Baş nazirinə qarşı “böyük məyusluq” ifadə edərək, onun transatlantik əlaqələrə yanaşmasında “ikinci Uinston Çörçill” olmadığını söyləmişdi. “The Daily Telegraph”ın yazdığına görə, bu cür açıqlamalar iki ölkə arasındakı münasibətlərin kəskin şəkildə pisləşdiyini göstərə bilər. Ağ Ev rəhbəri Starmeri “məğlub” adlandırmışdı.

Trampın narazılığı Londonun İrana qarşı hərbi əməliyyat üçün Britaniya hərbi bazalarından istifadəyə icazə vermək məsələsində əvvəlcə tərəddüd etməsindən irəli gəlir. Starmer sonda Britaniyanın hava bazalarından istifadəyə icazə versə də, Londonun ABŞ və İsrailin İrana qarşı hücumlarında iştirak etməyəcəyini açıqlamışdı.//Teleqraf

Bizə qoşulun