2025-ci il noyabrın 1-nə Azərbaycan əhalisinin sayı 10 milyon 256 min 998 nəfərə çatıb. Hesabatı yayan Dövlət Statistika Komitəsi bildirir ki, yanvar-oktyabr aylarında 80802 doğulan, 49846 ölüm halı, 40739 nikah, 17254 boşanma qeydə alınıb.
2024-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə doğumun 5,9 faiz, nikahların 2 faiz, boşanmaların 4,8 faiz azaldığı xəbər verilir.
Medianews.az-ın məlumatına görə, 2025-ci ilin on ayında Azərbaycanda hər 1000 nəfərə 4,3 təbii artım (doğum-ölüm nisbəti) düşüb. Dövlət müstəqilliyinin bərpa olunduğu 1991-ci ildə 1000 nəfərə təbii artım 20,4 nəfər, 1992-ci ildə 17,9 nəfər, 1993-cü ildə 16,5 nəfər, 1994-cü ildə 14,1 nəfər, 2011-ci ildə 13,5 nəfər, 2012-ci ildə 13 nəfər, 2013-cü ildə 12,8 nəfər, 2010-cu ildə 12,5 nəfər, 1995 və 2014-cü illərdə 12,2 nəfər olub.
2015-ci il 11,7 nəfər, 2007-ci il 11,5 nəfər, 2008-ci il 11,4 nəfər, 2006 və 2009-cu illər 11,3 nəfər, 1997-ci il 11 nəfər, 2005-ci il 10,7 nəfər, 1996 və 2016-cı illər 10,6 nəfər, 1998-ci il 10 nəfər, 2004-cü il 9,9 nəfər, 1999-cu il 9 nəfər, 2017-ci il 8,9 nəfər, 2000-ci il 8,8 nəfər, 2019-cu il 8,6 nəfər, 2018-ci il 8,4 nəfər, 2001-ci il 8,1 nəfər, 2002-ci il 8 nəfər, 2003-cü il 7,9 nəfər, 2022-ci il 6,2 nəfər, 2023-cü il 5,2 nəfər, 2020-ci il 5,1 nəfər, 2024-cü il 4,2 nəfər, 2021-ci il 3,5 nəfər təbii artımla yekunlaşıb.
Toğrul Əli,
Medianews.az